24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Xocalı soyqırımına həsr olunan yarış baş tutub

Gəncədə kikboksinq üzrə daxili birincilik keçirilib. Bu haqda 10 fevral tarixində Kəpəz televiziyasına istinadən məlumat veririk.

2 nömrəli şəhər Uşaq-Gənclər İdman Şahmat məktəbinin təşkil etdiyi turnir Xocalı soyqırımına həsr olunub. İlk öncə iştirakçılara Xocalı soyqırımı haqda məlumat verilib. Yarışda 5 yaş qrupu üzrə idmançılar mübarizə aparıb. Ümumilikdə turnirdə 45 çəki dərəcəsi üzrə 200-ə yaxın qız və oğlan iştirak edib. İki gün davam edən turnirdə ilk 3 yerə çıxanlar diplom və medallarla mükafatlandırılıblar.

 

Ən Çox Oxunan