Gəncədə xeyriyyə məqsədi ilə fəaliyyət göstərən ictimai birlikdə görüş keçirilib. Bu haqda 26 noyabr tarixində məlumat daxil olub.
Fərəh ictimai birliyi hər bir fiziki məhdudiyyətli şəxs üçün açıqdır. Hal-hazırda 30-a yaxın şəxs birliyə üzvdür. Birlikdə rəsm, dizayn, komyuter, şahmat, xarici dil kursları mövcuddur. Eyni zamanda hər həftənin cümə axşamı psixoloq, cümə günləri isə loqoped fiziki məhdudiyyətli şəxslərə kömək olurlar.
Qeyd edək ki, Fərəh ictimai birliyi fiziki qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasını nəzərdə tutan tədbirlər üzərində işləyir. Burada həmçinin imkansız ailədən olan uşaqlara təmənnasız psixoloq dəstəyi, ingilis dili və şahmat dərsləri keçirilir.
Fərəh ictimai birliyi Xəlilbəy Xasməmmədov, 15A ünvanında yerləşir. Birliyi dəstək olmaq istəyənlər (050) 428 82 57 nömrəsinə zəng edə, yaxud WhatsApp-a yaza bilərlər.
