19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə “Xeyir və Şər” tamaşası təqdim olunub

Gəncə Dövlət Kukla Teatrının aktyorları “Xeyir və Şər” tamaşasını təqdim ediblər. Bu haqda məlumat Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin səhifəsində yerləşdirilib.

Tamaşa Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından hazırlanıb. Quruluşçu rejissorlar Respublikanın Əməkdar artisti Fərmail Paşayev və quruluşçu rəssamı Fəxri Mədəniyyət İşçisi Əntiqə Bədirovadır.

Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə respublikamızda noyabr ayının 15-dən start götürmüş Nizami Gəncəvi Beynəlxalq festivalı çərçivəsində keçirilib.