Gəncədə Anar Burcəliyevin monoqrafiyası nəşr olunub. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi 12 noyabr tarixində məlumat paylaşıb.
“Xalq şairi olmayan xalqın şairi” kitabı şair-dramaturq Novruz Gəncəlinin 100 illik yubileyi münasibəti ilə yazılıb. O, şairin həyat və yaradıcılığına həsr olunub. Əsərdə həmçinin dramaturqun həyat məziyyətləri geniş aspektdə işıqlandırılıb.
Anar Burcəliyev bu gün kitabı Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətova təqdim edib.