Gəncədə 28 oktyabr tarixində praktik-seminar dərsləri keçirilib. Bu haqda Gəncə Dövlət Universiteti məlumat paylaşıb.
Rektor Yusif Yusibovun tapşırığına əsasən psixologiya ixtisasının III kurs tələbələrinin seminar dərslərinin bir hissəsi SOS Uşaq Kəndində təşkil olunub.
Dərsdə bir sıra müəllimlər iştirak ediblər. Uşaq Kəndinin koordinatoru Ceyhun Əliyev müəssisə haqda məlumat verib. Daha sonra tələbələri maraqlandıran suallara cavab verilib.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.