20.8 C
Gence
14.5 C
Ganja

Gəncə Dövlət Universitetinin tələbələri terror zamanı raket düşən əraziyə baş çəkiblər

Gəncə Dövlət Universitetinin tələbələri 11 oktyabr tarixində erməni terroru nəticəsində həlak olan mülki vətəndaşların xatirəsini anıblar. Bu haqda universitetin səhifəsində məlumat paylaşılıb.

Ali təhsil müəssisəsini təmsil edən fəal gənclər Gəncə terroru zamanı raket atılmış ərazini ziyarət ediblər, oraya gül dəstələri qoyublar. Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva iştirak edib.

Məlumat verilib ki, Gəncə şəhərinə raket hücumları nəticəsində aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Tələbələr  şəhidlərin xatirəsini anmağı özlərinə borc bildiklərini qeyd ediblər.