15.3 C
Gence
15.3 C
Gence

Gəncə Dövlət Universitetinin tələbələri ekskursiyada olublar

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Filologiya fakültəsinin təcrübəçi tələbələri Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Bu haqda 15 aprel tarixində GDU-ya istibadən xəbər veririk.

Tələbələr ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla yaxından tanış olublar. Daha sonra gənclər “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda təşkil olunan dəyirmi masada iştirak ediblər.

Tədbirdə mərkəzin direktor əvəzi İlknur İsgəndərova ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı məlumat verib. Azərbaycançılığın ümummilli ideologiyaya və bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilməsi istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlərdən bəhs edilib.

Gəncə Dövlət Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev, mərkəzin əməkdaşları Gülər Ellazova və Sevinc Bədəlova mövzu ətrafında çıxış ediblər.

Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

Ən Çox Oxunan