19.1 C
Gence
19.1 C
Gence

Gəncə Dövlət Universitetinin rektoru Əsgərovlar ailəsini ziyarət edib

Gəncə Dövlət Universitetinin rəhbərliyi Ermənistanın raket atəşindən zərərçəkmiş Əsgərovlar ailəsi ilə görüşüb. Bu haqda universitetin rəsmi Facebook səhifəsində məlumat verilib.

Görüşdə rektor professor Yusif Yusibov bildirib ki, erməni terroru nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında mülki şəxslərlə yanaşı azyaşlılar da olmuşdur. Rövşən Əsgərovun qolundan ağır yanıq xəsarəti almış oğlu da onlardan biridir.

“Bonbalanma zamanı həyatlarını itirmiş mülki şəxslər də Şəhid hesab olunurlar. Əsgərovlar ailəsinin üzvlərindən 1948-ci il təvəllüdlü Suliddin Əsgərov və 2005-ci il təvəllüdlü Nigar Əsgərova da Şəhiddirlər. Bombalanma nəticəsində torpağını, yurd yuvasını, evlərini tərk etməyən vətəndaşlar bir daha sübut etdilər ki, onlar erməni alçaqlarından qorxmurlar” – deyə rektor bildirib.

Ən Çox Oxunan