Gəncə Dövlət universitetinin işçi heyəti vaksinasiya olunub. Bu haqda Gencexeber.az-ın müxbiri 16 avqust tarixində məlumat verib.
Müxbirimizin aldığı məlumata əsasən personalın 89% koronavirus əleyhinə peyvənd olunub. Qalan 11% müəyyən xəstəlikləri, yaxud Covid-19 immuniteti olan işçilərdir.
Qeyd edək ki, Gəncə şəhərində 2021-ci ilin 7 ayı ərzində vaksinasiya olunanların sayı 114 min nəfərdən çoxdur.