21.4 C
Gence
21.4 C
Gence

Gəncə Dövlət Universitetinin heyətinin iclası keçirilib

24 sentyabr tarixində Gəncə Dövlət Universitetinin idarə heyətinin iclası keçirilib. Bu haqda universitetin rəsmi səhifəsində məlumat paylaşılıb.

İclas yeni tədris ilinə hazırlığın vəziyyəti ilə bağlı keçirilib. Professor Yusif Yusibov ənənəvi tədrisə qayıdılmasına məmnun olduğunu bildirib və bu münasibətlə bütün müəllim və tələbə kollektivinə uğurlar arzulayıb.

Rektor bildirmişdir ki, təhsil müəssisələrinin işçiləri vaksinasiya prosesində aktiv iştirak etməlidirlər, əks göstəriş sertifikatı olan şəxslər isə rəsmi şəkildə sertifikatı təqdim etməlidirlər. Vaksin olunmayan işçilərin müəssisəyə daxil olmasına icazə verilməyəcək.

Qeyd edək ki, iclas onlayn formatda keçirilib.

Ən Çox Oxunan