26.4 C
Gence
26.4 C
Gence

Gəncə Dövlət Universitetinin 5 illik fəaliyyəti müzakirə olunub

Gəncə Dövlət Universitetində Elmi Şuranın iclası keçirilib. Bu haqda 2 dekabr tarixində təhsil ocağının Facebook səhifəsində məlumat paylaşılıb.

Universitetin tarix-coğrafiya fakültəsinin, botanika kafedrasının, Azərbaycan tarixi kafedrasının, fizika və texniki fənlər fakültəsinin 5 illik fəaliyyətləri müzakirə olunub. Çıxış edənlər adları çəkilən fakültə və kafedraların fəaliyyətini qənaətbəxş hesab ediblər.

Qeyd edək ki, Elmi Şurada universitetin “Fəxri Professoru” adının verilməsi haqqında məsələyə də baxılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan