20.8 C
Gence
14.5 C
Ganja

Gəncə Dövlət Universitetində Zəfər gününə həsr olunmuş tədbir keçirilib

Gəncədə 3 noyabr tarixində Zəfər günü ilə bağlı tədbir keçirilib. Bu haqda Gəncə Dövlət universiteti məlumat paylaşıb.

Tədbirdə İcra Hakimiyyəti rəhbərləri, şəhid ailələri, qazilər və hərbiçilər iştirak ediblər. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra rektor Yusif Yusibov çıxış edib. O, qeyd edib ki, universitetin 33 tələbəsi və 6 əməkdaşı Vətən müharibəsində iştirak edib. Rektor ölkəmizdə Zəfər gününün yüksək səviyyədə keçirildiyini də bildirib.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da sarsılmaz olacağını diqqətə çatdırmışdır.

Qazilər tədbirdə keçdikləri döyüş yolları haqda danışıb, Zəfər günü münasibəti ilə iştirakçıları təbrik ediblər.

Mərasim çərçivəsində bayram konserti baş tutub. Daha sonra isə universitetin korpuslarındaki şəhidlər və Vətən müharibəsi iştirakçılarına həsr olunmuş guşələrin açılışı olub. Burada qərənfillər düzülüb.

Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Dövlət Universitetinin rəsmi Facebook səhifəsindən foto