20.8 C
Gence
14.5 C
Ganja

Gəncə Dövlət Universitetində “Tələbə Mediası” layihəsi başa çatıb

Bu gün, 13 oktyabr tarixində Gəncə Dövlət Universitetində “Tələbə Mediası” layihəsinin son günü idi. Bu haqda universitetin səhifəsində məlumat paylaşılıb.

Layihə GDU İqtisadi və Sosial İnkişaf Mərkəzinin, Beynəlxalq Media və Mədəni Mübadilə İnstitutunun təşkilatçılığı və Almaniya Xarici İşlər Nazirliyinin (Şərq Tərəfdaşlığı Layihəsi çərçivəsində) maliyyə dəstəyi ilə baş tutub.

Tədris prosesində günün birinci yarısında Almaniyadan olan, ikinci yarısında isə universitetin təlimçiləri müvafiq mövzularda dərslər keçiblər.

Qeyd edək ki, layihədə tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək, infoqrafik hazırlamaq və s. kimi məsələləri özündə əks etdirən təlimlər təşkil olunmuşdur. Dərslər Almaniya və Azərbaycandan olan peşəkar təlimçilər tərəfindən həyata keçirilmişdir.