25.3 C
Gence
25.3 C
Gence

Gəncə Dövlət Universitetində Sülh Günü münasibəti ilə tədbir keçirilib

Gəncə Dövlət universitetində 21 sentyabr tarixində Sülh günü münasibəti ilə tədbir keçirilib. Bu haqda universitetin Facebook səhifəsində məlumat paylaşılıb.

Beynəlxalq Sülh günü münasibəti ilə təşkil olunan videokonfrans universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyevanın çıxışı ilə başlayıb. Tədbirdə iştirak edən prorektor və professor-müəllim heyəti qeyd ediblər ki, BMT-nin Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə hər il sentyabrın 21-i Beynəlxalq Sülh günü kimi qeyd edilir.

Bundan başqa bildirilib ki, Azərbaycan xalqı 32 il ərzində ölkə ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalından nə zaman azad ediləcəyi və 1 milyondan çox insanın məcburi köçkün həyatına son qoyulacağı təsəllisi ilə yaşayıb. Bu müddət ərzində işğalçılıq siyasətini davam etdirən Ermənistan BMT Təhlükəsizlik Şurasının işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı qətnamələrin heç birinə əməl etməyib.

Sonda tələbələr sülh və vətənpərvərlik mövzusunda şeirlər deyiblər.

Ən Çox Oxunan