20.6 C
Gence
20.6 C
Gence

Gəncə Dövlət Universitetində elmi-praktik konfrans keçirilib

Gəncə Dövlət universitetində 18 oktyabr tarixində Müstəqilliyin bərpası gününə həsr olunmuş konfrans keçirilib. Bu haqda universitetin rəsmi səhifəsində məlumat paylaşılıb.

Tədbirə başlayan rektor Yusif Yusibov bu günün əhəmiyyətindən danışıb. Daha sonra humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva “Heydər Əliyev irsi: müasir dövlətçilik və müasirlik”, Azərbaycan tarixi kafedrasının baş müəllimi İlham Məmmədov “Əbədi və dönməz müstəqilliyimiz-tarixi nailiyyətimizdir”, Ümumi tarix kafedrasının baş müəllimi İsmayıl İsmayılov “Müstəqilliyimizin bərpasından ötən 30 il” və sosial fənlər kafedrasının baş müəllimi Şəhriyar Quliyev “Milli müstəqilliyimiz ən böyük sərvətimizdir” mövzularında məruzələr danışıblar.

 

Ən Çox Oxunan