15.3 C
Gence
12.5 C
Ganja

Gəncə Dövlət Universitetində aparılan yoxlanışlar ciddiləşdirilib

Gəncə Dövlət Universitetində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə aparılan yoxlanışlar ciddiləşdirilib. Bu haqda Gencexeber.az-ın müxbiri 1 noyabr tarixində məlumat verib.

Universitetin girişində binaya daxil olanların COVİD-19 infeksiyasına qarşı ikinci dozanın olub olmamasını və hərarətləri yoxlanılır. Tədris zamanı rəhbərlik tərəfindən müəyyən edilmiş vaxtlarda isə təkrar yoxlanışlar aparılır.

Qeyd edək ki, tədbirlər yeni tədris ilinin başlamasından etibarən infeksiyanın geniş yayılması ilə əlaqədardır.

 

Ən Çox Oxunan