24.1 C
Gence
24.1 C
Gence

Gəncə Dövlət Universitetində Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunub

Gəncə Dövlət Universitetində 20 sentyabr tarixində Aşıq Ələsgərin 200 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə çıxış edən Filologiya fakültəsinin professor-müəllim heyəti və tələbələri qeyd ediblər ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək məzmun qazandırıb, əsərləri Azərbaycanın mədəni sərvətləri xəzinəsinə misilsiz töhfələr bəxş edib. O, çox sayda yetirmələrindən ibarət bir məktəb formalaşdırmış və gələcəyin məşhur el şairlərinə qüvvətli təsir göstərmişdir.

Prezident İlham Əliyev tərəfindən 2021-ci il fevralın 18-də imzalanan Sərəncama əsasən Aşıq Ələsgərin 200 illik yubileyi ölkəmizin bütün bölgələrində təntənə ilə qeyd edilir.

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin 200 illik yubileyi təkcə ölkəmiz üçün deyil, bütün türk dünyası üçün əlamətdar tarixdir.

Ən Çox Oxunan