10.3 C
Gence
1.5 C
Ganja

Gəncə Dövlət Universiteti milli şəbəkə və əməkdaşlığı inkişaf etdirəcək layihədə yer alıb

Gəncə Dövlət Universiteti “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsinə assosiativ tərəfdaş olaraq qəbul olunub. Bu haqda universitetin rəsmi saytında 29 sentyabr tarixində xəbər paylaşılıb.

Layihənin ümumi məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq Rektorlar Konfransı quraraq universitetlər və bütün digər tərəfdaşlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.

Qeyd edək ki, Bakı Biznes Universiteti koordinator olduğu “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsindədir.

Ən Çox Oxunan