24.1 C
Gence
24.1 C
Gence

Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” tədbiri keçirilib

Gəncə Dövlət Peşə Təhsil mərkəzində 8 oktyabr tarixində “Açıq qapı” təşkil olunub. Bu haqda Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat paylaşıb.

“Açıq qapı” tədbiri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Logistika Operatoru” və “Dəmiryol Stansiyası və Keçid Növbətçisi” ixtisaslarından olan tələbələr və valideynləri üçün təşkil olunub.

Tədbirin məqsədi onlara yeni açılmış “Logistika Operatoru” və “Dəmiryol Stansiyası və Keçid Növbətçisi” ixtisasları üzrə şirkətlərdə olan iş və təcrübə imkanları haqda məlumat vermək idi. Bundan başqa iştirakçılara dual (ikili) peşə təhsili, kənd təsərrüfatı, logistika, nəqliyyat və turizm sahəsində Azərbaycan və Almaniya arasında olan münasibətlər barədə danışılıb.

Görüş Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi tərəfindən maliyyələşən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi (PSD TVET)” proqramının təşkilati dəstəyi ilə həyata keçirilib.

Ən Çox Oxunan