19.1 C
Gence
19.1 C
Gence

Gəncə: Dövlət Məşğulluq Agentliyi peşə kursları yaradıb

Gəncədə yeni peşə kurslarına start verilib. Bu haqda 22 dekabr Dövlət Məşğulluq Agentliyi məlumat paylaşıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yaradılan kurslarda “Mühafizəçi” və “Ofisiant” peşələri üzrə təlimlər keçiriləcək. 6 saylı Ərazi məşğulluq filialı ilə “İmperial” restoranlar şəbəkəsi və “Vətən-N Mühafizə Xidməti” MMC şirkəti arasında müqavilə imzalanıb. Sənədə əsasən, 24 işsiz şəxs kurslara cəlb olunub.

Təlimlərin müddəti 1 aydır. Uğurla bitirən şəxslər müvafiq olaraq həmin sahədə işlə təmin olunacaqlar.

Ən Çox Oxunan