22.5 C
Gence
22.5 C
Gence

Gəncə Dövlət Kukla Teatrı xaricdə tamaşa ilə çıxış edib

Gəncə Dövlət Kukla Teatrının əməkdaşları Estoniyanın Vilyandi şəhərində keçirilən 24-cü beynəlxalq kukla tamaşaları festivalında iştirak ediblər. Bu haqda Gencexeber.az 7 oktyabr tarixində “Kəpəz” televiziyasına istinadən xəbər verir.

Teatrın kollektivi Hans Xristian Andersenin “Düyməcik” nağılı əsasında hazırlanan tamaşası ilə çıxış ediblər.

Festivalda Azərbaycan və Estoniya ilə yanaşı Latviya, Litva, Moldova və Ukraynadan olan kuklaçılar qatılıblar. Tamaşaçılar və digər ölkələrdən qatılan kollektiv üzvləri Gəncəli kuklaçılarının əməyini yüksək qiymətləndiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə festivala qatılan heyət diplom və “Əlcək kukla” mükafatı ilə təltif olunublar.

Ən Çox Oxunan