20.8 C
Gence
20.8 C
Gence

Gəncə Dövlət Filarmoniyasında Pediatrik konfrans keçiriləcək

Gəncədə tibbi konfrans təşkil olunacaq. Bu haqda 26 may tarixində Şəhər Birləşmiş Xəstəxanasına istinadən məlumat veririk.

“1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş pediatrik konfrans Gəncə Şəhər Birləşmiş Xəstəxanasının (ŞBX) təşkilatçılığı ilə keçiriləcək. Tədbir 27 may tarixində Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

Konfransda Gəncə şəhərinin mütəxəssisləri ilə yanaşı, Bakıdan dəvət edilmiş həkimlər də məruzə ilə çıxış edəcəklər. Burada sual-cavab sessiyaları və interaktiv müzakirələr həyata keçiriləcək.

Ən Çox Oxunan