19 C
Gence
19 C
Gence

Gəncə Dövlət Filarmoniyasında konsert keçirilib

Gəncədə solist Rövşən Məmmədovun solo konserti baş tutub. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Tədbir Gəncə Dövlət Filarmoniyasında keçirilib. Konsertdə qonaq qismində Azərbaycan Respublikasının Əməkdar artisti Mətanət İsgəndərli, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Nəzanin Salayeva, kanon ifaçısı Xədicə Həsənova və Elmir Pişnamazzadə çıxış ediblər.

Musiqili proqram Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk tərəfindən dinlənilib.

 

Ən Çox Oxunan