26.4 C
Gence
26.4 C
Gence

Gəncə Dövlət Dram Teatrın yaradıcı kollektivi yeni tamaşalar hazırlayırlar

Gəncə Dövlət Dram Teatrın yaradıcı kollektivi 3 yeni tamaşa nümayış etdirəcək. Onların ilin sonunadək təhvil verilməsi nəzərdə tutulur. Bu haqda Gencexeber.az 25 oktyabr tarixində Kəpəz televiziyasına istinadən xəbər verir.

Tamaşalar “Nizami ili” çərçivəsində keçiriləcək silsilə tədbirlər üçün hazırlanır. Yaradıcı kollektiv teatr sevərlərin qarşısına bir sıra yeniliklərlə çıxacaqlar.

“Planlaşdırmışıq ki, Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının əsasında dramatik əsəri tamaşaçılara göstərək. Artıq iki ilə yaxındır ki, onlarla görüşməyən aktyorlar xüsusi həvəslə hazırlaşırlar”, – deyə quruluşçu-rejissor Elşad Əhmədov söyləyib.

Qeyd edək ki, Mirzə Fətəli Axundovun şah əsəri hesab edilən “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsəri yenidən nümayiş olunacaq.

Ən Çox Oxunan