Gəncədə abadlıq işləri aparılır. Bu haqda Gencexeber.az-a 10 yanvar tarixində məlumat daxil olub.
Belə ki, səhər saatlarından Gəncə Dövlət Dram teatrında açılışa hazırlıq işləri görülür, Bulvarın teatra yaxın hissəsində yola asfalt örtüyü salınır. Gəncə şəhər İcra Hakimiyyəti binasının önü təmizlənir.
Bundan başqa, Gəncə çayında müəyyən işlər aparılır. Bayraq meydanı ərazisinə yaxın hissədə çayın qırağına beton bəndlər qoyulur.

