17.7 C
Gence
17.7 C
Gence

Gəncədə vitraj istiqamətində əsərlər yaradan rəssam yaşayır

Gəncədə təsviri incəsənətin sirrlərini tələbələrinə yiyələndirən rəssam yaşayır. Bu haqda Gencexeber.az-a yanvarın 12-si məlumat daxil olub.

Faiq Məmmədov Gəncə Dövlət Universitetinin “Təsviri incəsənət müəllimliyi” ixtisasında dərs deyir. O, əsasən rəsm, rəngkarlıq, vitraj və toxuculuq istiqamətlərində əsərlər yaradır. 38 yaşlı müəllim, sənətkar olduğu üçün atasına, Respublikanın əməkdar rəssamı, professor Şaiq Məmmədova borcludur.

Sənətkarla (055) 728 97 08 nömrəsi ilə əlaqə saxlayıb rəsm əsəri sifariş etmək olar.

Faiq Şaiq oğlu Məmmədov 16 avqust 1983-cü ildə Gəncədə anadan olub. 2004-cü ildə Gəncə Dövlət Universitetinin “Təsviri incəsənət və rəsmxət” ixtisasının bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib.

Rəssam hələ 11-ci sinifdə oxuyarkən Bakı şəhərində keçirilən Xalq Sənətkarlarının əl işlərinə 2-ci Respublika baxış-müsabiqə sərgisində iştirak edib. Sonda Faiq müəllim diplom və pul mükafatına layiq görülmüşdür.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan