24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Viktor Hüqonun yubileyi münasibətilə tədbir baş tutub

Gəncədə kitab müzakirəsi keçirilib. Bu haqda 11 fevral tarixində Gəncə Regional mərkəzi məlumat paylaşıb.

1 nömrəli kitabxana filialında təşkil olunan tədbir Viktor Hüqonun 220 illik yubileyinə həsr olunub. Yazıçının “Səfillər” əsəri müzakirə edilib. Burada 6 nömrəli məktəbin 6a sinfin sagirdləri və müəllimləri iştirak ediblər. Kitabxanaçı Lalə Kərimzadə əsər haqda danışıb. Məktəbin ədəbiyyat müəllimi Kəmalə Məmmədova bildirib ki, Hüqo öz dövrünün çətinliklərini ustalıqla təsvir edib. Daha sonra ədəbiyyat müəllimi Şəlalə Xəlilova çıxış edib. O qeyd edib ki, “Səfillər” olmasaydı, dünya ədəbiyyatı xeyli yoxsul görünərdi.

Ən Çox Oxunan