19 C
Gence
19 C
Gence

Gəncədə VI sinif şagirdləri üçün virtual ekskursiya təşkil olunub

Gəncədə 2 noyabr tarixində virtual ekskursiya baş tutub. Bu haqda Gəncə Heydər Əliyev Mərkəzi məlumat paylaşıb.

Tədbir Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə şəhər Heydər Əliyev Mərkəzi və 16 nömrəli kitabxananın təşkilatçılığı ilə keçirilib. Vətən müharibəsinin ildönümünü münasibəti ilə 27 nömrəli məktəbin VI sinif şagirdləri üçün Hərbi Qənimətlər parkına virtual ekskursiya təşkil olunub.

Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova və 16 nömrəli kitabxana filialının böyük kitabxanaçısı Mirvari Cəfərova şagirdlərə park haqında məlumat veriblər.

Tədbirin sonunda şagirdlər şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Ən Çox Oxunan