Gəncədə veloyürüş təşkil olunacaq. Bu haqda 15 oktyabr tarixində Gencexeber.az-a məlumat daxil olub.
Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 17 oktyabr saat 10:30-da “Avropa Gənclər paytaxtı” adlı parkda veloyürüş başlayacaq. Finiş nöqtəsi Heydər Əliyev Mərkəzinin (Zəfər tağının) yanıdır.
Yürüşdə 17 yaşdan böyük yol hərəkəti qaydalarını bilən və riayət edən şəxslər iştirak edə bilərlər. Bütün iştirakçılar bir qaydada sürməlidirlər.
Qeyd edək ki, tədbirdə təhlükəsizliyi təmin etmək üçün polis və təcili tibbi yardım əməkdaşları da olacaq.