24.8 C
Gence
24.8 C
Gence

Gəncədə veb dizayn üzrə ödənişsiz təlim keçiriləcək

Gəncədə ödənişsiz təlim keçiriləcək.

23 sentyabr 12:00-da Gəncə Gənclər Evində “Veb dizayn və Texnologiyaları” mövzusunda təlim baş tutacaq. Təşkilatçı “Kompüter kursu”dur.

Təlimin qonağı Prezident yanında İdarəçilik Akademiyasının müəllimi, Neftqazelmitədqiqatlayihə İnstitutunun 11 dərəcəli mühəndisi Nail Məmmədov olacaq.

Təlimdə əlavə məlumat almaq və iştirak etmək istəyənlər Whatsapp qrupuna qoşula bilərlər.

Qeyd edək ki, iştirak ödənişsizdir və qatılan hər kəsə sertifikat veriləcək.

Ünvan: 28 may küçəsi, 34 (Gəncə Gənclər Evi)

Ən Çox Oxunan