26.4 C
Gence
26.4 C
Gence

Gəncədə Vaqif Şərifovla vida mərasimi keçirilib

Azərbaycan Respublikasının Xalq artisti Vaqif Şərifovun vəfat etməsi səbəbi ilə Gəncə Dövlət Dram Teatrında Xalq artisti ilə vida mərasimi keçirilib. Bu haqda Gencexeber.az 6 oktyabr tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsinə istinadən xəbər verir.

Vida mərasimində mərhumun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra aktyorun cənazəsi sənətsevərlərin alqışları altında doğma teatrın səhnəsindən son mənzilə yola salınıb. O, Gəncənin Fəxri xiyabanında dəfn edilib.

Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov,  Mingəçevir Dövlət Dram Teatrlarının nümayəndələri, Gəncə Dövlət Kukla Teatrının kollektivi, mərhumun ailə üzvləri, şəhər ictimaiyyəti və sənət yoldaşları iştirak ediblər.

Qeyd edək ki, Xalq artistinin 60 ildən çox çalışdığı teatr səhnəsinə qoyulan cənazəsi önünə əklil və gül dəstələri düzülmüşdür.

Ən Çox Oxunan