Gəncə Beynəlxalq xəstəxanasında vaksinasiya üçün gələnlər növbədə sıxlıq olmasından şikayət edir. Bu haqda müxbirimiz 2 avqust məlumat verib.
Sakinlərin sözlərinə görə, növbənin yavaş getməsinə səbəb növbədən kənar keçənlərin olmasıdır.
“Bu gün saat 10:00 üçün onlayn növbə götürmüşəm və tam vaxtında gəlmişəm. 3 saatdan çoxdur ki, gözləyirəm. Hələ də mənim növbəmin çatmağına çox var”, – deyə peyvənd olunmaq üçün gələnlərdən biri bildirir.
Azərbaycanda vaksinasiya 18 yanvar 2021-ci il tarixindən başlayıb. Gəncə şəhərində bu günə kimi koronavirus infeksiyasına qarşı 110 mindən çox insan peyvənd olunub.