24.7 C
Gence
24.7 C
Gence

Gəncədə vaksinasiya prosesinin gedişatı müzakirə olunub

Gəncədə vaksinasiya prosesinin gedişatı ilə bağlı işçi qrupunun növbəti iclası keçirilib. Bu haqda Gəncə Şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Niyazi Bayramovun sədrliyi ilə işçi qrupunun növbəti iclası baş tutub. Vaksinasiya prosesinin gedişatı və qarşıda duran məsələlər müzakirə olunub. Sakinlər arasında təbliğat işlərinin gücləndirilməsinin vacibliyinə toxunulub.

Qeyd olunub ki, peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza ilə immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfə çevrilib.

Ən Çox Oxunan