24.7 C
Gence
24.7 C
Gence

Gəncədə vaksinasiya məntəqəsində sıxlıq yaranıb

Gəncədə yerləşən Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında peyvənd vurdurmaq üçün yaranan növbədə sıxlıq müşahidə olunub. Bu barədə bu gün, 29 iyul tarixində müxbirlərimiz məlumat verib.

“İnsanlar vaksinasiya üçün saatlarla növbədə gözləyirlər və sosial məsafəyə nəzarət edilmir. Xəstəxana işçilərindən prosesin niyə bu qədər uzun olduğunu soruşanda isə aydın bir cavab vermirlər.” – deyə şahidlərdən biri bildirib.

Gəncə şəhərində yanvar ayından 29 iyula kimi koronavirus infeksiyasına qarşı peyvənd olunanların sayı 114 min nəfərdən çox olub.

Ötən gün ərzində Azərbaycanda 81690 nəfər vaksin vurdurub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 44622, ikinci mərhələ üzrə – 37068 nəfərdir. 

 

Ən Çox Oxunan