24.7 C
Gence
24.7 C
Gence

Gəncədə vaksinasiya məntəqələrində sıxlıq müşahidə olunur

1 sentyabr tarixindən karantin qaydalarına əlavə edilən yeni məhdudiyyətlər, Gəncədə yerləşən bir çox vaksinasiya məntəqələrində sıxlığa səbəb olub.

Şah İsmayıl Xətai küçəsində yerləşən Gəncə Beynəlxalq Xəstəxanasından əldə etdiyimiz məlumata əsasən, sakinlər 09:00-dan 18:00-dək vaksinasiya oluna bilərlər. Sakinlər məntəqə açılmadan əvvəl növbə tuturlar.

Oxşar vəziyyət Abbas Səhhət adına xəstəxanada da mövcuddur. Sakinlərin sözlərinə görə, həftəiçi nəqliyyat işləyəndə növbə axşam saatlarına kimi davam edir.

Şəhərin bir çox vaksinasiya məntəqələrində peyvənd olunmaq üçün, randevu.its.gov.az saytında qeydiyyatdan keçməyə ehtiyac qalmır. Peyvənd vurulan zaman əsasən “Sinovac” vaksinindən istifadə olunur.

Ən Çox Oxunan