20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə Vətən müharibəsində iştirak etmiş müəllimlərlə onlayn görüş keçirilib

Gəncədə 5 oktyabr tarixində Vətən müharibəsində iştirak etmiş müəllimlərlə görüş keçirilib. Bu haqda Gəncə Heydər Əliyev mərkəzi məlumat paylaşıb.

Tədbir onlayn formatda Gəncə Regional Mədəniyyət idarəsi, Gəncə şəhər Heydər Əliyev mərkəzi və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 16 nömrəli kitabxana filialının təşkilatçılığı ilə baş tutub. Görüşün mövzusu “Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir” olub.

“Anadan sonra yer üzünün fədaisi müəllimdir. Valideynlə bərabər uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşür. Bu əməyin nəticəsində isə nümunəvi əxlaqa malik insanlar yetişir” – deyərək, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova öz çıxışında qeyd edib.

Tədbirdə Azərbaycan Dövlət Aqrar universitetinin İnformasiya texnologiyaları kafedrasının dosenti, fəlsəfə doktoru Zaman Zeynalov və Molla Pənah Vaqif adına 8 nömrəli orta məktəbin coğrafiya müəllimi Nəsimi Xasıyev Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar, iştirakçıların verdiyi sualları cavablandırıblar.