26.4 C
Gence
26.4 C
Gence

Gəncədə Vətən müharibəsi qəhrəmanı böyük coşqu ilə qarşılanıb

Gəncədə Vətən müharibəsi qəhrəmanı coşqu ilə qarşılanıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən Gəncəli hərbi qulluqçu polkovnik-leytenant Anar Qasımov doğma şəhərinə qayıdıb. O burada böyük coşqu ilə qarşılanıb.

Görüşdə Vətən müharibəsi zamanı hərbiçilərimizin qəhrəmanlığından danışılıb, xalqa zəfər sevincini yaşadan zabit və əsgərlərə təşəkkür edilib. Anar Qasımova Quran kitabı və Cavad xanın dəbilqəsi pay verilib.

Polkovnik-leytenant 44 günlük müharibə zamanı Cəbrayıl, Füzuli və Şuşa şəhərlərinin, Hadrut qəsəbəsinin və Murov zirvəsinin işğaldan azad olunmasında iştirak etmişdir.

Ən Çox Oxunan