21.4 C
Gence
21.4 C
Gence

Gəncədə Vətən müharibəsi şəhidin xatirəsi anılıb

Gəncədə Vətən müharibəsi şəhidi Elnur Məmmədovun xatirəsi anılıb. Bu haqda Gencexeber.az 23 noyabr tarixində Azertag.az-a məlumat verir.

Əsgər Elnur Məmmədovun anım günü Gəncə Şəhidlər xiyabanında şəhidin məzarı qarşısında qeyd olunub. Tədbirdə şəhidin yaxınları, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Elnur İsrafil oğlu Məmmədov 1989-cu il sentyabrın 16-da Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olub. O, Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Elnur Məmmədov 2020-ci il oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. Əlli gündən sonra 2020-ci il noyabrın 23-də valideynlərinin istəyi ilə Gəncə Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elnur Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Ən Çox Oxunan