Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 27 oktyabr tarixində tələbələrlə görüşüb. Bu haqda mərkəzin Facebook səhifəsində məlumat paylaşılıb.
Görüş Azərbaycan Texnologiya Universitetində (UTECA) baş tutub. Tələbələrə “GəlSƏN” layihəsi çərçivəsində UTECA-da təhsil alan 40-a yaxın gəncə könüllülük fəaliyyəti, təcrübə proqramı və gənclər üçün yaradılan imkanlar haqda məlumat verilib. Təqdimatda həmçinin yeni layihələr haqda da danışılıb.
Sonda GİKM-ə qatılmaq istəyən gənclər qeydiyyatdan keçiblər.