16.9 C
Gence
17.5 C
Ganja

Gəncədə universitetlərdən birində Zəfər günü münasibəti ilə tədbir baş tutub

Gəncədə Zəfər günü ilə bağlı keçirilən tədbirlər davam edir. Növbəti belə mərasim 5 noyabr tarixində Azərbaycan Dövlət Aqrar Universitetində təşkil olunub. Bu haqda universitet məlumat paylaşıb.

İlk öncə Tələbə parkında şəhidlərin xatirəsinə ucaldılmış abidələr ziyarət olunub, gül dəstələri qoyulub. Daha sonra baş tutan tədbirdə əsgər və zabitlərimizin qəhrəmanlıqlarına həsr olunmuş videoçarx izlənilib. Mərasimdə çıxış edən Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Azərbaycan və Türkiyənin bu gün dünya miqyasında nadir əməkdaşlıq və müttəfiqlik nümunəsi göstərdiyini qeyd edib.

ADAU məzunu, Vətən müharibəsi qazisi Samir Həsənov deyib ki, bu müharibədə hər kəs xalqımızın torpaq və Vətən sevgisinə şahidlik etdi.

Sonda tələbələr vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndiriblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi saytından foto
Azərbaycan Dövlət Aqrar Universitetinin rəsmi saytından foto

Ən Çox Oxunan