25.8 C
Gence
25.8 C
Gence

Gəncədə Ulu öndərin anım gününə həsr olunan ekskursiya təşkil olunub

Gəncədə 1 dekabr tarixində peşə liseyinin şagirdləri üçün ekskursiya təşkil olunub. Bu haqda Heydər Əliyev mərkəzi və park-kompleksi məlumat paylaşıb.

2 nömrəli Gəncə Peşə Liseyinin tələbələri iştirak etdiyi ekskursiya Ulu öndərin anım gününə həsr olunub.

İştirakçılara Ümummilli Lider Heydər Əliyevin qədim Gəncə torpağına səfərləri, Azərbaycanın siyasi və mədəni həyatında rolu haqda məlumat verilib. Tədbir zamanı Heydər Əliyevin bir çox xarici ölkələrdə qoyulan büstlərinin fotoları da nümayiş olunub.

Ekskursiya tələbələr tərəfindən maraqla qarşılanıb.

 

Ən Çox Oxunan