24.7 C
Gence
24.7 C
Gence

Gəncədə Ulu Öndərin anım günü münasibəti ilə tədbir keçirilib

Gəncədə 7 dekabr tarixində Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Bu haqda Heydər Əliyev mərkəzi və Park-kompleksi məlumat paylaşıb.

Şəhər 2 nömrəli tam orta məktəbin 6c sinfinin şagirdlərinin iştirak etdiyi tədbir “Xalqa xidmətdə keçən ömür” adlanıb. Mərkəzin bələdçisi iştirakçıları Xatirə Muzeyi ilə tanış edib, Ümummilli liderin Gəncəyə tarixi səfərləri haqqında məlumat verib.

Tədbirin sonunda şagirdlər Ulu Öndərə həsr olunmuş sənədli film izləyiblər.

Ən Çox Oxunan