Gəncədə 19 oktyabr tarixində vebinar keçirilib. Bu haqda Gəncə Gənclər Evi məlumat paylaşıb.
Tədbir “Uğursuzluqdan Uğura” mövzusunda təşkil olunub. Vebinarı təlimçi Kifayət Ələkbərova keçib. Görüşdə o, motivasiya, özgüvən, uğur qazanmaq və s. haqqında danışıb.
Burada 25 gənc iştirak edib. Tədbir Gəncə Gənclər Evində baş tutub.
Sonda gənclərin sualları dinlənilib və cavablandırılıb. İştirakçılara sertifikatlar verilib.