24.1 C
Gence
24.1 C
Gence

Gəncədə “Uğurlu gələcəyimizin təməlini qoyan lider” adlı tədbir keçirilib

Gəncədə 8 dekabr tarixində Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Bu haqda Gəncə Heydər Əliyev mərkəzi və park-kompleksi məlumat paylaşıb.

Tədbir 16 nömrəli kitabxanada baş tutub. “Uğurlu gələcəyimizin təməlini qoyan lider” mövzusunda keçirilən konfransda Gəncə Dövlət Universitetinin tələbələri iştirak edib. Onlar, ilk olaraq Ulu Öndərin Xatirə Muzeyi ilə tanış olub, eksponatlar haqda məlumat əldə ediblər. Tədbirdə kitabxanaçı Mirvari Cəfərova, Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova, kiçik elmi işçisi Dursun Əliyeva çıxış ediblər. Tələbələrə Ümummilli liderin həyatı və fəaliyyəti haqda geniş məlumat verilib.

Ən Çox Oxunan