21.4 C
Gence
21.4 C
Gence

Gəncədə uşaqların qışqırtı səsləri videosu araşdırılır

Bir neçə gün öncə sosial şəbəkələrdə Gəncədə uşaqların döyülməsi ilə bağlı video yayılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bununla bağlı hərəkətə keçib. Bu haqda 19 yanvar tarixində Oxu.az-a istinadən məlumat veririk.

Paylaşılan videolarda qadının uşaqların üstünə qışqırması eşidilir. Onun azyaşlıların anası olduğu ehtimal olunur. Daha sonra isə uşağın qışqırıq səsi gəlir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələni araşdırıb. Hadisənin qeydə alındığı ünvan məlum olub. Bununla bağlı Komitənin tabeliyində olan Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi və Gəncə şəhər İcra Hakimiyyətinə məlumat verilib. Ünvana səfər olunacağı və ailə ilə görüşüləcəyi bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

Ən Çox Oxunan