22.5 C
Gence
22.5 C
Gence

Gəncədə uşaqlar üçün maarifləndirici tədbir keçirilib

Nizami yurdunun yeniyetmələri üçün uşaq zorakılığı ilə bağlı görüş təşkil olunub. Bu haqda 15 aprel tarixində Kəpəz TV-yə istinadən xəbər veririk.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə məktəblilər üçün “Uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri” adlı maarifləndirici tədbir baş tutub. Tədbirdə şagirdlər, valideynlər və müəllimlər iştirak ediblər. Yığıncaqda məktəb psixoloqları tərəfindən mövzu ilə bağlı məlumatlar verilib. Zorakılığa məruz qalan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətində atılan addımlardan danışılıb. Tədbir diskussiya şəklində davam etdirilib.

Ən Çox Oxunan