Gəncədə sərbəst güləş üzrə açıq şəhər birinciliyi təşkil olunub. Turnir 8 noyabr – Zəfər gününə həsr olunub. Bu haqda Gencexeber.az 25 oktyabr tarixində Kəpəz televiziyasına istinadən xəbər verir.
11-13 və 14-16 yaş qruplarında uşaq və yeniyetmələr öz bacarıqlarını ortaya qoyublar.
Yarış Təhsil Nazirliyi və “Təhsil” Respublika İdman Mərkəzinin tədbirlər planına uyğun olaraq silsilə tədbirlərinin davamıdır.
Qeyd edək ki, Gəncə ilə yanaşı Mingəçevir və Tovuz rayonunun idmançılarıda öz qüvvələrini nümayiş etdiriblər.