24.8 C
Gence
24.8 C
Gence

“Gəncədə uşaq futbolunun inkişafı bir nömrəli məqsədimizdir”

Gəncədə “Kəpəz” Futbol Veteranları birliyinin ilk toplantısı keçirilib. Bu haqda Gencexeber.az-ın müxbiri 2 noyabr tarixində məlumat verib.

Yığıncaqda Gəncə futbolundakı mövcud problemlərdən danışılıb, həlli yolunda təklif və tövsiyələr dinlənilib. Lokomotiv meydançasının bərpası və orada muzeyin yaradılması, eləcə də son zamanlar uşaq futbolunda mövcud problemlər əsas müzakirə mövzularından olub.

“Gəncədə uşaq futbolunun inkişafı bir nömrəli məqsədimizdir” – deyə, Gəncə Futbol Veteranları Birliyinin sədri Tofiq Məmmədov söyləyib.

Ən Çox Oxunan