25.8 C
Gence
25.8 C
Gence

Gəncədə uşaq evinin sakinləri maraqlı gün keçiriblər

Gəncədə Uşaq evinin sakinləri üçün maraqlı tədbir təşkil olunub. Bu haqda 20 aprel tarixində Gəncəxəbər.az Gəncə ŞİH-yə istinadən xəbər verir.

Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə fəaliyyət göstərən Uşaq evinin sakinləri üçün Gəncə Olimpiya İdman Kompleksində müxtəlif idman növləri üzrə məşğələlər keçirilib.

Tədris ili ilə əlaqədar olaraq, məşğələlərə 8-14 yaş qrupuna daxil olan 68 uşaqdan ümumilikdə 20 uşaq cəlb edilib. Hazırda bu uşaqlar basketbol və cüdo idman növləri üzrə həftədə iki dəfə məşğul olurlar. Tətil günlərində isə məşqlərə digər uşaqlar da qoşulacaqlar və müxtəlif idman növləri üzrə məşğələlərin sayı artırılacaq.

Ən Çox Oxunan