20.6 C
Gence
20.6 C
Gence

Gəncədə tullantı qablarının olmasına baxmayaraq zibillər küçəyə atılır

Gəncənin bir neçə hissəsində məişət tullantılarının küçədə toplanaraq uzun müddət yığışdırılmaması gözə dəyir. Bu haqda Gencexeber.az-a 11 dekabr tarixində məlumat daxil olub.

Sözügedən hal şəhərin Əziz Əliyev küçəsində müşahidə edilir. Əhalinin sıx yaşadığı və hərəkət etdiyi ərazidə tullantılar toplandığı görülür. Yolun həm piyadalar həm də maşınlar üçün nəzərdə tutulan hissəsində zibilliyin olması vətəndaşların antisanitariya şəraitində hərəkət etməsinə yol açır.

Əldə etdiyimiz məlumata əsasən, küçədə zibillər uzun müddət yığışdırılmır. Həmin küçədə zibillikdən 10 metr irəlidə tullantı qabları mövcuddur.

Ən Çox Oxunan